44 GÜNLÜK MÜHARİBƏYƏ GEDƏN YOL

44 GÜNLÜK MÜHARİBƏ NİYƏ BAŞ VERDİ?

Azərbaycan və Ermənistan arasındakı mövcud Dağlıq Qarabağ münaqişəsi XX əsrdə Cənubi Qafqaz regionunun ən mübahisəli məsələlərindən biri idi. Tarixən Azərbaycanın ayrılmaz parçası olan Qarabağın son bir neçə əsr ərzində əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil edirdi. Qarabağın erməni əhalisinin sayı XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Osmanlı imperiyaları arasında imzalanan müqavilələr nəticəsində ermənilərin bu bölgəyə yerləşməsindən sonra son iki əsr ərzində artmağa başlamışdır. Ardını oxu

14 İYUL TARİXİNDƏ MİLLİ ORDUYA DƏSTƏK MƏQSƏDİ İLƏ BAKININ MƏRKƏZİNDƏ KEÇİRİLƏN MİLLİ YÜRÜŞÜN FOTOLARI

2020-ci il 14 iyul axşamı Azərbaycanın paytaxtı Bakıda ümummilli mitinq keçirilmiş, minlərlə insan vətənpərvərlik şüarları səsləndirərək paytaxtın mərkəzi küçələrində yürüş etmişdir. Dənizkənarı bulvar boyunca şəhərin yuxarı hissəsinə irəliləyən yürüş iştirakçıları əllərində bayraqlar “Qarabağ bizimdir”, “Eşq olsun ordumuza”, “Əsgər irəli”, “Şəhidlər ölməz” şüarları səsləndirirdilər.