Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub

– TƏCİLİ –

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.

Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

Xəsarət alanlar yoxdur.

https://mod.gov.az/az/news/dusmen-terter-rayonunun-erazisini-raket-atesine-meruz-qoyub-33410.html