İlham Əliyev Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışında iştirak edib

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.

Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edildi ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürdü.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxdı.

https://president.az/az/articles/view/60025