İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.