İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.
Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.
https://president.az/az/articles/view/61588
![](https://44days.info/wp-content/uploads/2023/10/1697372973_42c5711e4641f4bbb0987f0514252514-1024x658.jpeg)
![](https://44days.info/wp-content/uploads/2023/10/1697372975_31472f13d19ebe12902c06b0f8195945-1024x691.jpeg)