Mingəçevir
2020
BU TARİXİ GÜNDƏ
Ermənistanın Azərbaycanın önəmli mülki infrastrukturuna qarşı qəsdən və məqsədli hücumunun sübutu. Raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb, lakin partlamayıb. Sülhə məcburetmə Ermənistanın ağlını başına yığması və məsuliyyətlərini dərk etməsi üçün davam etməlidir.
11 oktyabr 2020-ci il saat 4 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən 100 km aralıda yerləşən Cənubi Qafqazda böyük sənaye şəhəri olan Mingəçevirdə yerləşən 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasın hədəf alarak raket hücumları həyata keçirdi.