BU TARİXİ GÜNDƏ
Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır! İlham Əliyev
Ermənistan yalan məlumat yayır
İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.
https://mod.gov.az/az/news/ermenistan-yalan-melumat-yayir-32878.html
Gəncə şəhəri növbəti dəfə atəşə tutulur
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.
https://mod.gov.az/az/news/gence-seheri-novbeti-defe-atese-tutulur-32881.html
Gecə ərzində düşmənə atəş zərbələri endirilib
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib.
1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.
Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
https://mod.gov.az/az/news/gece-erzinde-dusmene-ates-zerbeleri-endirilib-32884.html
Ermənistana məxsus növbəti PUA məhv edilib
Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
https://mod.gov.az/az/news/ermenistana-mexsus-novbeti-pua-mehv-edilib-32885.html
Düşmənin qüvvə və vasitələri məhv edilib – VİDEO
Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.
https://mod.gov.az/az/news/dusmenin-quvve-ve-vasiteleri-mehv-edilib-video-32890.html
Azərbaycan Müdafiə Nazirliyinin BƏYANATI
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.
Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
https://mod.gov.az/az/news/azerbaycan-mudafie-nazirliyinin-beyanati-32894.html
Bu gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın HHM bölmələrimiz tərəfindən məhv edilməsi anı – VİDEO
Bir qrup yerli KİV nümayəndələri işğaldan azad edilmiş Talış kəndinə səfər edib – VİDEO
Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsü – VİDEO
Düşmən kəndlərimizi atəşə tutur
Təcili
Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur.
https://mod.gov.az/az/news/dusmen-kendlerimizi-atese-tutur-32906.html
Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni videogörüntüsü – VİDEO
İşğaldan azad olunan Suqovuşan kəndindən yeni videogörüntülər – VİDEO