Ağdam 2020

BU TARİXİ GÜNDƏ

2 oktyabr səhər saatlarından etibarən Ağdamın cəbhə xəttində yerləşən Baharlı kəndi erməni silahlı birləşmələri tərəfindən ağır artilleriya atəşinə tutulub. Nəticədə çoxsaylı mülki məntəqələr, obyektlər hədəfə çevrilib. 8 yaşayış evi tamamilə yarasız hala düşüb.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 4 ev dağılıb, 10 evə ziyan dəyib.