Azərbaycanın Müdafiə naziri Rusiya tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Azərbaycan-Ermənistan dövlət sərhədinin bilavasitə yaxınlığında, əvvəllər Rusiya Federasiyası Hava Kosmik Qüvvələrinə məxsus helikopterin müşahidə olunmadığı ərazidə, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə sektorundan kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasında aktiv döyüş əməliyyatları keçirilən bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə yönəlməyən bu faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə üzrxahlıq bildiririk.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan ekipaj üzvlərinin ailələrinə, əzizlərinə və yaxınlarına başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

https://mod.gov.az/az/news/azerbaycanin-mudafie-naziri-rusiya-terefine-bassagligi-verib-33788.html