Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

https://mod.gov.az/az/news/ermenistan-silahli-quvveleri-dovlet-serhedinde-movqelerimizi-atese-tutur-33104.html