3 Noyabr 2020

BU TARİXİ GÜNDƏ

Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük! İlham Əliyev

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət

Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/cebhede-noyabrin-3-ne-olan-son-veziyyet-33588.html

Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

https://mod.gov.az/az/news/ermenistan-dovlet-serhedinde-ateskes-rejimini-yene-pozub-33591.html

İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

https://president.az/articles/45326

Düşmənin taktiki PUA-sı məhv edilib

Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-taktiki-pua-si-mehv-edilib-33595.html

Düşmən Füzulini “Smerç” ilə atəşə tutur

– TƏCİLİ –

Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

https://mod.gov.az/az/news/dusmen-fuzulini-smerc-ile-atese-tutur-33598.html

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

https://mod.gov.az/az/news/zengilan-istiqametinde-dusmenin-kesfiyyat-diversiya-qrupu-mehv-edilib-33605.html

Düşmənin növbəti sursat anbarları məhv edilib – VİDEO

Bu gün bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-novbeti-sursat-anbarlari-mehv-edilib-video-33608.html

Düşmən ağır itkilərə məruz qalıb – VİDEO

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/dusmen-agir-itkilere-meruz-qalib-video-33611.html

Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. 

https://mod.gov.az/az/news/dusmen-agdam-ve-agcabedi-rayonlarinin-erazisini-atese-tutur-33614.html

Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib – VİDEO

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.

https://mod.gov.az/az/news/xocavend-etrafinda-geden-doyuslerde-dusmen-tanklari-mehv-edilib-video-33617.html

Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib – VİDEO

Noyabrın 3-ü günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib.

https://mod.gov.az/az/news/cebhenin-xocavend-istiqametinde-dusmen-toplari-mehv-edilib-video-33620.html