6 Noyabr 2020

BU TARİXİ GÜNDƏ

Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir! İlham Əliyev

Cəbhədə noyabrın 6-na olan son vəziyyət

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

https://mod.gov.az/az/news/cebhede-noyabrin-6-na-olan-son-veziyyet-33672.html

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

https://mod.gov.az/az/news/ermenistan-dovlet-serhedinde-ateskes-rejimini-pozub-33675.html

Düşmən Tərtərin kəndlərini atəşə tutur

– TƏCİLİ –

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

https://mod.gov.az/az/news/dusmen-terterin-kendlerini-atese-tutur-33678.html

Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib – VİDEO

Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-minaatanlarinin-goyarxdaki-atis-noqtelerine-zerbeler-endirilib-video-33681.html

Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq, Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.

Ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür.

https://mod.gov.az/az/news/dusmen-terterin-kendlerini-artilleriya-atesine-tutur-33684.html

Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri – VİDEO

https://mod.gov.az/az/news/fuzuli-rayonunun-isgaldan-azad-olunan-kendlerinin-videogoruntuleri-video-33687.html

Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilib – VİDEO

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

https://mod.gov.az/az/news/ermenistan-silahli-quvvelerinin-doyus-movqelerine-zerbeler-endirilib-video-33690.html