18 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! İlham Əliyev

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.

https://mod.gov.az/az/news/ermenistan-yeni-ateskes-rejimine-emel-etmir-33055.html

Cəbhədə son vəziyyət

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç” YARS, 1 ədəd D-20 haubitsa-topu, 1 ədəd KS-19 zenit topu və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/cebhede-son-veziyyet-33058.html

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıb.

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

https://mod.gov.az/az/news/ermenistan-cebhede-veziyyeti-gerginlesdirir-33061.html

Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

https://mod.gov.az/az/news/ermenistan-dovlet-serhedinde-de-ateskesi-pozub-33064.html

Düşmənin hərbi hissəsi ələ keçirilib – VİDEO

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.

https://mod.gov.az/az/news/dusmenin-herbi-hissesi-ele-kecirilib-video-33067.html

Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/ermenistanin-novbeti-su-25-teyyaresi-vurulub-33070.html

Ağdam rayonu atəşə tutulur

– TƏCİLİ –

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

https://mod.gov.az/az/news/agdam-rayonu-atese-tutulur-33073.html

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib – VİDEO

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.

https://mod.gov.az/az/news/azerbaycan-esgeri-ermenilerin-xususi-teyinatlilarinin-movqelerini-ele-kecirib-video-33076.html

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

https://mod.gov.az/az/news/ermenistana-mexsus-daha-bir-pua-mehv-edilib-33079.html

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirilib – VİDEO

Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini təqdim edirik.

https://mod.gov.az/az/news/dusmenin-doyus-texnikasi-ve-silah-sursati-ele-kecirilib-video-33084.html

İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb – VİDEO

https://mod.gov.az/az/news/isgaldan-azad-olunan-fuzuli-seherinin-merkezinde-azerbaycan-bayragi-qaldirilib-video-33087.html