29 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Bu regionun perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir! İlham Əliyev

Cəbhədə oktyabrın 29-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/cebhede-oktyabrin-29-na-olan-son-veziyyet-33441.html

Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/qubadli-rayonunun-isgaldan-azad-olunan-qiyasli-ve-sariyataq-kendlerinin-videogoruntusu-video-33444.html

Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

https://mod.gov.az/az/news/goranboy-ve-terter-rayonlarinin-erazisi-atese-tutulub-33447.html

Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/dusmenin-doyus-meydaninda-atib-qacdigi-doyus-sursati-zirehli-ve-avtomobil-texnikalarinin-videogoruntusu-video-33450.html

Düşmən Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutub

– TƏCİLİ –

Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

https://mod.gov.az/az/news/dusmen-berde-ve-goranboy-rayonlarinin-erazisini-atese-tutub-33453.html

İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

https://president.az/articles/44839

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/ermenistanin-iki-su-25-teyyaresi-mehv-edilib-33456.html

Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

– TƏCİLİ –

Oktyabrın 29-da saat 13.50 radələrində Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk.

https://mod.gov.az/az/news/diplomatik-numayendelerin-de-oldugu-terter-rayonunun-erazisi-atese-tutulub-33459.html

Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/berde-seherinde-dinc-sakinleri-atese-tutan-dusmen-quvveleri-doyus-meydaninda-mehv-edilib-video-33462.html

Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur

– TƏCİLİ –

Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur.

https://mod.gov.az/az/news/goranboy-terter-ve-berde-rayonlarinin-erazisi-artilleriya-atesine-tutulur-33465.html

Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir – VİDEO

https://mod.gov.az/az/news/mulki-infrastruktur-ve-dinc-ehalimizi-atese-tutan-dusmen-bolmeleri-azerbaycan-ordusunun-bolmeleri-terefinden-darmadagin-33468.html

Düşmənin qüvvə və vasitələri məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/dusmenin-quvve-ve-vasiteleri-mehv-edilib-video-33471.html