9 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq! İlham Əliyev

Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib

Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

https://mod.gov.az/az/news/gece-erzinde-butun-cebhe-boyu-gergin-doyusler-azerbaycan-ordusunun-ustunluyu-ile-davam-edib-32780.html

Cəbrayıl şəhərində Azərbaycan Bayrağı dalğalanır – VİDEO

https://mod.gov.az/az/news/cebrayil-seherinde-azerbaycan-bayragi-dalgalanir-video-32783.html

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Ermənistan silahlı qüvvələrinə qarşı Ordumuz adekvat tədbirlər görür.

https://mod.gov.az/az/news/dusmen-yasayis-menteqelerimizi-atese-tutur-32786.html

Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və ələ keçirilib – VİDEO

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.

Düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib.

Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir.

https://mod.gov.az/az/news/dusmenin-xeyli-sayda-herbi-texnikasi-mehv-edilib-ve-ele-kecirilib-video-32789.html

Bərdə və Ağdam rayonlarının əraziləri intensiv atəşə tutulur

Hazırda düşmən Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutur.

https://mod.gov.az/az/news/berde-ve-agdam-rayonlarinin-erazileri-intensiv-atese-tutulur-32792.html

Mingəçevir və Ağcabədi rayonunun əraziləri intensiv atəşə tutulur

Hazırda düşmən Mingəçeviri və Ağcabədi rayonunun ərazilərini intensiv atəşə tutur.

https://mod.gov.az/az/news/mingecevir-ve-agcabedi-rayonunun-erazileri-intensiv-atese-tutulur-32795.html

Düşmənin atıb qaçdığı hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənir – VİDEO

Döyüş əməliyyatları zamanı düşmənin atıb qaçdığı hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənir.

https://mod.gov.az/az/news/dusmenin-atib-qacdigi-herbi-texnika-azerbaycan-ordusunun-herbi-texnikasinin-renginde-renglenir-video-32798.html

Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə telefonla zəng edib

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

https://president.az/articles/42382

Düşmənin “Qrad”ları məhv edilir – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-qrad-lari-mehv-edilir-video-32801.html

Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vuruldu

Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

https://mod.gov.az/az/news/ermenistandan-mingecevir-istiqametinde-atilan-raket-goyde-vuruldu-32804.html

İlham Əliyev xalqa müraciət edib

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər.

Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.

Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimət götürülmüşdür. Deyə bilərəm ki, sentyabrın 27-dən bu günə qədər bütövlükdə Ermənistan Ordusuna çox böyük zərbə vuruldu. Mən, sadəcə olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını sizin diqqətinizə çatdırmaq istərdim. Ermənistanın itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, – 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni.

Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.

Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təmas xətti boyunca və bir neçə xətt üzrə dərin eşelonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur. Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum nəticə, minimum itki olsun.

Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər – onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik – 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir.

Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.

Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Amma işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir.

İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin, orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayacaq. Ona görə, dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.

Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.

Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı Şuşa şəhərində özünə “andiçmə” mərasimi keçirmişdir. O vaxt bu Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı, yəni, çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik – biz hamımız, istisnasız. Yadımdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə gündədir o!

Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.

Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq – sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

https://president.az/articles/42411

Düşmənin radioelektron mübarizə vasitələri məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/dusmenin-radioelektron-mubarize-vasiteleri-mehv-edilib-video-32807.html

Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/terter-rayonunun-isgaldan-azad-olunan-suqovusan-kendinin-videogoruntusu-video-32813.html

Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/dusmenin-ates-movqeyine-cixardigi-zirehli-texnikalari-mehv-edilib-video-32816.html

İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb.

-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?

-Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.

-Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansı növ türk avadanlığı var cənab Prezident?

-Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq.

-Yaxşı, icazənizlə Sizə bu sualı verim. Biz ən azından sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?

-Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən…

-Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını birmənalı şəkildə deyirsiniz?

-Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir.

-Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?

-Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük.

-Hazırda sizin yürütdüyünüz kampaniyanın məqsədlərini açıq şəkildə bəyan edə bilərsinizmi?

-Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur.

-Hərbçilər arasında nə qədər itkiniz var?

-Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədə demişəm. Biz toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatı açıqlayacağıq.

-Siz bütün Dağlıq Qarabağı, mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz?

-Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini əhatə edən yeddi rayondan danışırıq. Çünki Ermənistan nəinki təkcə Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır. Dağlıq Qarabağa gəldikdə, biz hesab edirik ki, – bu, dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, – müharibə bitəndən, işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olan istənilən digər ölkədə olduğu kimi, Dağlıq Qarabağdakı ermənilər və azərbaycanlılar yan-yana yaşayacaq və əminəm ki, bir gün onlar bir-birinə yaxşı qonşu olacaqlar.

-Ermənistan prezidenti sizin qoşunların Dağlıq Qarabağdan çıxarılması ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasına dair tələbinizin münaqişənizin “Dağlıq Qarabağ respublikası” ilə olduğu üçün onlara təqdim edilməli olduğunu mənə deyib. O təkid edir ki, Dağlıq Qarabağda ermənilərin min illər boyu yaşadığına görə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, Qarabağ Azərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyə bilərsiniz?

-Əvvəla…

-Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları geri götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər.

-Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır.

Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir.

-Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistan prezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizin haqqınızda eyni şeyləri deyib.

-İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz.

-Mən deməliyəm, hazırda hər bir tərəf bir-birini təhqir edir. Azərbaycan beynəlxalq vasitəçiliyi necə qəbul edərdi və hərbi əməliyyatı dayandırardı? Sizin bu barədə son sözünüz nədir?

-Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada “fəaliyyət” göstərir. Bu vasitəçilik heç nəyə gətirib çıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı.

-Siz bununla bağlı Vaşinqtonla təmasda olmusunuzmu? Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biridir.

-Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3 ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, 3 ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir.

-Sizdən soruşa bilərəm siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yoxsa Tramp administrasiyası ilə? Məsələn, Ermənistan prezidenti bizə Robert Obraynla danışdıqlarını söylədi.

-Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O, Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhət görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin.

-Sual bu deyildi, cənab. Sual belə idi ki, Siz Vaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yaxud Tramp administrasiyası ilə?

-Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilə danışırıq. Əslində, onlar bizimlə əlaqə saxladılar. Mən Xarici İşlər Nazirliyimizə, Administrasiyama bizə zəng edən, mövqeyini ifadə etmək istəyən və necə irəliləməklə bağlı fikirlərini ifadə edən hər kəslə təmasda olmaları üçün göstərişlər vermişəm. Lakin faktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heç fərqi yoxdur. Çünki bizim üçün bu, istənilən halda ABŞ administrasiyasıdır.

-Sizin fikrinizcə, Vaşinqtonun mövqeyi necədir?

-Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatıma istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad etməmişəm. Qarşı çıxan Ermənistandır.

-Gəlin, onda Rusiyanın mövqeyinə nəzər salaq. Çünki indi müzakirə etdiklərimizdən Vaşinqtonun mövqeyinin necə olması mənim üçün aydın olmadı. Gəlin, Rusiyanın mövqeyinə nəzər salaq. Kremlin sözçüsü Dmitri Peskov dedi ki, “Biz regiondakı vəziyyətdən çox narahatıq. Hesab edirik ki, tərəflər atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidirlər”. Onlar sizin danışıqlar masasına oturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü faciə adlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinlə şəxsən danışdınız. O, Sizə nə dedi? Rusiya üçün burada qırmızı xətt haradadır?

-Mən Prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilə təbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o. Hər il biz bir-birimizi ad günü münasibətilə təbrik edirik. Onun ad gününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görə də əlbəttə ki, biz bu məsələni müzakirə etdik və bizim mətbuat xidmətimiz bununla bağlı press-reliz yayıb. Düşünürəm ki, mənim mətbuatda açıqlanandan daha çox nə isə deməyim doğru olmaz.

-Kaş ki, deyərdiniz. Siz Moskvanın sülh danışıqları üçün müraciətini səciyyələndirməyə hazırsınızmı?

-Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir. Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.

-Başa düşdüyüm qədərilə, Rusiyanın mövqeyi belə deyil. Onlar deyir hər iki tərəf atəşi dayandırmalı və danışıqlar masasına gəlməlidir.

-Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlar masasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqları pozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlar iyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox.

-Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə olacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni haraya aparacaq?

-O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna qarşı çıxır.

-Mən “Amnesty International”ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. “Amnesty”nin iddialarına necə cavab verərdiniz?

-Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. Onların “Smerç”dən, “Elbrus”dan, “Toçka U”dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar – Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə “Amnesty International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur.

-İcazə verin, bununla bağlı deyim. Siz qəti şəkildə deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən istifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunu yoxlamasına icazə verməyə hazırsınızmı?

-Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq.

-Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. Mən Sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar edirsiniz, elədirmi?

-Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz bu sualı Ermənistan prezidentinə vermisinizmi?

-Həmin vaxt bizdə belə məlumat yox idi.

-Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy “Amnesty International” ondan nə etdiklərini soruşsun.

-Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. Mən Sizdən soruşuram.

-Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim. Xeyr! Ondan soruşun.

-Soruşaram. Təşəkkür edirəm, cənab.

https://president.az/articles/42434

Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinin videogörüntüsü – VİDEO

https://mod.gov.az/az/news/terter-rayonunun-isgaldan-azad-olunan-talis-kendinin-videogoruntusu-video-32819.html

Müdafiə Nazirliyi: “Ermənistan məqsədyönlü şəkildə dövlət sərhədində təxribat törədib”

Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.

Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.

Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.  

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bildiririk ki, bu əmələ görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. 

https://mod.gov.az/az/news/mudafie-nazirliyi-ermenistan-meqsedyonlu-sekilde-dovlet-serhedinde-texribat-toredib-32822.html

İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.

-Skynews-a müsahibə verməyə razılaşdığınız üçün çox sağ olun Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?

-Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.

-Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz.

-Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün – azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə – qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik.

-25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?

-Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır. Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir.

-Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə sığınacaq tapmışdılar.

-Birincisi, bu Ermənistan tərəfindən təxribat idi. Biz heç vaxt keçmişdə belə şeylər etməmişik. Bizdə Bakının mərkəzində erməni kilsəsi var. Siz buraya gələ və ya kimisə göndərə bilərsiniz….

-Xeyr, xeyr. Ermənilər öz kilsələrini atəşə tutmazlar ki? Bu, necə ola bilər?

-Bu, bizi belə tərzdə təqdim etmək üçün çox güman ki, onların təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar bizim şəhərləri atəşə tuturlar. Ermənistanın bombardmanı nəticəsində 31 nəfər mülki şəxsimizin öldüyünü bilirsinizmi? 170 yaralı var və mindən çox ev tamamilə dağıdılıb və ya onlara ziyan dəyib və bu da Ermənistanın bizim mülki şəxslərimizə qarşı hücumu nəticəsində olub. Onlar ballistik mərmilərdən istifadə edirlər. Ballistik mərmilərdən.

-Lakin Siz bunu Dağlıq Qarabağda öz mərmilərinizlə edirsiniz. Sizin çox müasir dron texnologiyanız var ki, o, Sizə hədəf aldıqlarınızı dəqiqliklə görməyə imkan verir. Beləliklə, niyə görə mülki obyektlərə zərbə vurulur?

-Xeyr, xeyr. Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışıq. Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar.

-Siz qeyd etmisiniz ki, Ermənistanın öz qoşunlarını çıxarmasını görmək istəyirsiniz. Lakin Siz, eyni zamanda, onu da söyləmisiniz ki, orada sülhməramlıları qəbul etməyə hazır deyilsiniz. Onda Siz erməni həmkarlarınızı necə əmin edə bilərsiniz ki, bütün torpaqları geri götürməyəcəksiniz?

-Siz mənə sülhməramlıları görmək istəmədiyimi nə vaxt söylədiyimi desəniz sizin sualınıza cavab verərəm. Amma mən bunu heç vaxt deməmişəm. Bu, yanlış informasiyadır, üzr istəyirəm. Mən heç vaxt deməmişəm…

-Lakin Siz bu ərazidə sülhməramlıları qəbul etməyə hazırsınızmı?

-Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir. Çünki biz ilk olaraq əsas məsələni – işğalı, ərazilərin boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik.

-Sizin danışıqlarla bağlı şərtləriniz sonuncu genişmiqyaslı hərbi əməliyyatlar başlamamışdan əvvəl dəyişməz olaraq qaldığı kimi görünür. Mənə maraqlıdır, əgər danışıqlar əvvəllər heç vaxt uğurlu olmayıbsa nəyə görə silahlar indi işə düşüb?

-Bilirsiniz, danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş olub. Ermənistan həmişə danışıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ regionundan uzaqda bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq. Onlar ərazi işğal edə bilmədilər və biz dayandıq, çünki bizim Ermənistan tərəfdə heç bir hərbi məqsədimiz yoxdur. Avqustun 23-də onlar terror aktı törətmək üçün diversiya qrupu göndərdilər, qrupun rəhbəri saxlanıldı və o, ifadə verir. Sentyabrın sonunda onlar bizim şəhərlərimizi artilleriya bombardmanına tutdular və günahsız insanları öldürdülər. Biz cavab verməli olduq. Biz onları geri oturtmalı idik və bunu da etdik. Ona görə də biz danışıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistanın baş naziri elan etdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? Bu, son deməkdir.

– Mən ondan bunun nə demək olduğunu soruşdum.

– Nəyi nəzərdə tuturdu?

– O dedi ki, bu, o deməkdir ki, IV əsrdən bu yana orada erməni kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağlıq Qarabağda etnik erməni əhali azərbaycanlılardan daha çox olub.

– Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O ərazidə ermənilərin məskunlaşması XVIII əsrin sonunda, XIX əsrin əvvəlində azərbaycanlı İbrahim xanla rus generalı tərəfindən imzalanmış Kürəkçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilə nəticəsində Qarabağ xanlığı Rusiyanın bir hissəsi oldu və Rusiya başladı…

– Üzr istəyirəm.

– Bu, məhz belə olub. Ermənilər Dağlıq Qarabağa belə gəliblər. Bu, cəmi iki əsrdən azdır. O, IV əsrdən danışır.

– Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?

– Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır.

– Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?

– Tamamilə qəti şəkildə. İndiyə kimi mənə bu kəşfiyyat məlumatını təsdiqləyən bir sənəd belə təqdim olunmayıb. Qoy onlar bu kəşfiyyat materialını mənə göstərsinlər. Bu ittihamlar səsləndiriləndən sonra bizim kəşfiyyat nümayəndələri təmaslar qurdular. Öz həmkarları ilə bu təmaslar zamanı heç bir dəlil təqdim olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə yoxdur, niyə sizin kanalınızda yoxdur? Bu dəlil haradadır? Göstərin onu mənə. Dəlil yoxdur. Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim yaxşı hazırlanmış, yaxşı təlim keçmiş yüz min döyüşçümüz var. Bizim müasir avadanlığımız var. Bizim öz torpağımızı azad etmək üçün bütün lazımi hərbi komponentlərimiz var. Bizim etdiyimiz məhz budur. Bu, feyk xəbərdir.

– Sonuncu sual. Siz bu mərhələdə danışıqlara yenidən başlamaq üçün masaya hansı xoşməramlı jestlə gələ bilərsiniz?

– Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır.

-Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?

– Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, – təkcə jurnalist deyil, – Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan çıxarırıq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur.

– Yəni, Siz onları hədəfə almayacaqsınız?

– Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam, hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq istəyirik, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, biz təcavüzə məruz qalmışıq. Təcavüzkar Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu qədər.

– Prezident Əliyev, bu gün bizimlə söhbət etdiyinizə görə təşəkkür edirəm.

– Çox sağ olun.

https://president.az/articles/42435