28 Sentyabr 2020

BU TARİXİ GÜNDƏ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır! İlham Əliyev

Ermənistan tərəfi dezinformasiya yaymaqla öz itkilərini gizlətməyə çalışır

Ermənistan müdafiə nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədini güdür.

Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.

https://mod.gov.az/az/news/ermenistan-terefi-dezinformasiya-yaymaqla-oz-itkilerini-gizletmeye-calisir-32340.html

Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir – VİDEO

Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş texnikasını sərrast atəşlə məhv etməyə davam edir.

https://mod.gov.az/az/news/bolmelerimiz-dusmen-texnikasini-mehv-etmeye-davam-edir-video-32345.html

Düşmənin daha 2 tankı məhv edilib – VİDEO

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-daha-2-tanki-mehv-edilib-video-32355.html

Düşmən sonuncu dəfə xəbərdar edilir

Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

https://mod.gov.az/az/news/dusmen-sonuncu-defe-xeberdar-edilir-32358.html

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib – VİDEO

Xeyli düşmən qüvvəsi məhv edilib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

https://mod.gov.az/az/news/talis-kendi-etrafindaki-elverisli-yukseklikler-dusmenden-temizlenib-video-32368.html

Fransa Respublikasının Prezidenti Emmanuel Makron İlham Əliyevə telefonla zəng edib

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.

https://president.az/articles/41027

Bölmələrimiz torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir – VİDEO

Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.

https://mod.gov.az/az/news/bolmelerimiz-torpaqlarimizin-azad-edilmesi-ugrunda-doyus-emeliyyati-kecirir-video-32372.html

General-mayor Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”

Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov: “Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir.

Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

https://mod.gov.az/az/news/general-mayor-mayis-berxudarov-dusmeni-sona-qeder-mehv-etmek-ugrunda-vurusacagiq-32375.html

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb – VİDEO

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

https://mod.gov.az/az/news/olkemizdeki-xarici-herbi-attaseler-ve-beynelxalq-teskilatlarin-numayendeleri-emeliyyat-seraiti-haqqinda-melumatlandirili-32378.html

Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib – VİDEO

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

https://mod.gov.az/az/news/dusmenin-daha-bir-nece-herbi-texnikasi-mehv-edilib-video-32393.html

İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev söhbət zamanı bildirdi ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etmişdir.

Dövlətimizin başçısı bildirdi ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Prezident İlham Əliyev dedi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edildi və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd etdi.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

https://president.az/articles/41087