7 Noyabr 2020

BU TARİXİ GÜNDƏ

Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır! İlham Əliyev

Cəbhədə noyabrın 7-nə olan son vəziyyət

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

https://mod.gov.az/az/news/cebhede-noyabrin-7-ne-olan-son-veziyyet-33693.html

Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutub

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

https://mod.gov.az/az/news/dusmen-yasayis-menteqelerimizi-yeniden-atese-tutub-33696.html

Düşmən Ağdamın kəndlərini atəşə tutur

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur.

Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

https://mod.gov.az/az/news/dusmen-agdamin-kendlerini-atese-tutur-33699.html

Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,

Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

https://mod.gov.az/az/news/dusmen-yasayis-menteqelerimizi-artilleriya-atesine-tutur-33708.html

Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.

https://mod.gov.az/az/news/ermenistan-erazisinin-atese-tutulmasi-xeberi-dusmenin-novbeti-texribatidir-33711.html

Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri – VİDEO

https://mod.gov.az/az/news/cebrayil-rayonunun-isgaldan-azad-olunan-kendlerinin-videogoruntuleri-video-33702.html

Düşmən Bərdə rayonunun ərazisini atəşə tutub

– TƏCİLİ –

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini atəşə tutub. Nəticədə bir nəfər kənd sakini həlak olub.

https://mod.gov.az/az/news/dusmen-berde-rayonunun-erazisini-atese-tutub-33714.html