BU TARİXİ GÜNDƏ
Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir! İlham Əliyev
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı – VİDEO
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
– 200-dək tank və digər zirehli texnika;
– 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
– 30 ədəd hava hücumundan müdafiə vasitələri;
– 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
– 5 silah-sursat anbarı;
– 110-dan artıq avtomobil texnikası;
– 1 ədəd “S-300” zenit-raket kompleksi.
https://mod.gov.az/az/news/dusmenin-mehv-edilen-doyus-texnikasinin-siyahisi-video-32467.html
Düşmənin hərbi kolonları məhv edilib – VİDEO
Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.
https://mod.gov.az/az/news/dusmenin-herbi-kolonlari-mehv-edilib-video-32470.html
Düşmənə gecə ərzində artilleriya zərbələri endirilib – VİDEO
Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
https://mod.gov.az/az/news/dusmene-gece-erzinde-artilleriya-zerbeleri-endirilib-video-32473.html
Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur
Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.
https://mod.gov.az/az/news/dusmen-yeniden-terter-seherini-artilleriya-atesine-tutur-32476.html
Düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri – VİDEO
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.
https://mod.gov.az/az/news/ermenistan-ordusu-teminatda-ciddi-problemlerle-uzlesir-32486.html
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.
Düşmən yenidən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.
Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevə telefonla zəng edib
Oktyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Belarus Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.
Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.
Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və Ermənistan hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.
Bir daha bildiririk ki, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbə endirir.
Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.
https://mod.gov.az/az/news/azerbaycan-ordusu-yalniz-herbi-obyektlere-zerbe-endirir-32495.html
Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hərbi texnikasını məhv edib – VİDEO
Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərini məhv edib.
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub
Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Düşmən Horadiz şəhərini atəşə tutub
Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.
https://mod.gov.az/az/news/dusmen-horadiz-seherini-atese-tutub-32504.html
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində növbəti brifinq keçirilib – VİDEO
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq verilmişdir. Əlavə olaraq, işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılmışdır.
Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.
Əlavə olaraq, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilmişdir.