23 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik! İlham Əliyev

Cəbhədə oktyabrın 23-nə olan vəziyyət

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

https://mod.gov.az/az/news/cebhede-oktyabrin-23-ne-olan-veziyyet-33203.html

Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

https://mod.gov.az/az/news/azerbaycan-ordusu-mulki-ehalini-ve-infrastrukturu-atese-tutmur-33206.html

Düşmənin 4 PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

https://mod.gov.az/az/news/dusmenin-4-pua-si-zerersizlesdirilib-33209.html

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/ermenistana-mexsus-daha-bir-pua-mehv-edilib-33212.html

Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib – VİDEO

https://mod.gov.az/az/news/dusmenin-quvve-ve-vasiteleri-darmadagin-edilib-movqelerine-zerbeler-endirilib-video-33215.html

Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/yerdeyisme-etmeye-hazirlasan-dusmenin-canli-quvvesi-ve-zirehli-texnikasi-mehv-edilib-video-33219.html

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndi – VİDEO

https://mod.gov.az/az/news/cebrayil-rayonunun-isgaldan-azad-edilen-minbasili-kendi-video-33229.html

Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır

Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

https://mod.gov.az/az/news/ermenistan-terefinin-iranin-azerbaycan-movqelerini-artilleriya-atesine-tutmasi-barede-yaydigi-melumat-yalandir-33232.html

Düşmənin könüllü dəstələri və döyüş texnikasının məhv edilməsi – VİDEO

Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsinin videogörüntüləri.

https://mod.gov.az/az/news/dusmenin-konullu-desteleri-ve-doyus-texnikasinin-mehv-edilmesi-video-33235.html

Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib – VİDEO

https://mod.gov.az/az/news/aviasiya-zerbeleri-neticesinde-dusmenin-artilleriya-bolmeleri-ve-komanda-menteqesi-mehv-edilib-video-33238.html