30 Oktyabr 2020

BU TARİXİ GÜNDƏ

Biz reallıqları dəyişdik. İndi ermənilər bunları nəzərə almalıdır. Bu, bizim torpaqdır, bu, ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir! İlham Əliyev

Cəbhədə oktyabrın 30-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

https://mod.gov.az/az/news/cebhede-oktyabrin-30-na-olan-son-veziyyet-33474.html

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur

Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

https://mod.gov.az/az/news/seher-saatlarindan-baslayaraq-bir-sira-yasayis-menteqelerimiz-atese-tutulur-33477.html

Bərdəni atəşə tutan “Smerç” məhv edilib – VİDEO

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

https://mod.gov.az/az/news/berdeni-atese-tutan-smerc-mehv-edilib-video-33481.html

Qubadlı rayonunun ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.

https://mod.gov.az/az/news/qubadli-rayonunun-erazisi-ermenistan-erazisinden-artilleriya-atesine-tutulur-33484.html

Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib – VİDEO

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-raket-artilleriya-silahlari-anbari-mehv-edilib-video-33487.html

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj – VİDEO

https://mod.gov.az/az/news/cebrayil-rayonunun-isgaldan-azad-olunan-xudaferin-kendinden-videoreportaj-video-33493.html

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” bu gün məhv edilib – VİDEO

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini təqdim edirik.

https://mod.gov.az/az/news/berde-ve-terter-seherlerini-atese-tutan-dusmene-mexsus-daha-2-smerc-bu-gun-mehv-edilib-video-33496.html

İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

https://president.az/articles/45051

Düşmənə dəqiq zərbələr endirilib – VİDEO

Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.

https://mod.gov.az/az/news/dusmene-deqiq-zerbeler-endirilib-video-33499.html

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib – VİDEO

Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.

https://mod.gov.az/az/news/dusmenin-novbeti-osa-zrk-si-mehv-edilib-video-33502.html